Xəbərlər

16 aprel tarixində "Caspian Agro", "WorldFood Azerbaijan", "HOREX Caucasus" və "Ipack Caspian" sərgilərinin çərçivəsində "Hyatt Regency Baku" otelində sərgi iştirakçıları üçün işgüzar səhər yeməyi təşkil olunub.

Səhər yeməyi zamanı iştirakçılara işgüzar əlaqələr qurmaq üçün sərginin təmin etdiyi imkanlardan maksimum dərəcədə faydalanmağın vacibliyi vurğulanıb. Eləcə də sərgidə səmərəli iştirak üçün təşkilatçıların tərəfindən təqdim olunan pulsuz xidmətlər haqqında məlumat verilib.

İşgüzar səhər yeməyində yerli şirkətlərin 50-dən artıq nümayəndəsi iştirak edib və təşkilatçılar ümid edirlər ki, səsləndirilmiş faydalı məsləhətlər şirkətlərin sərgilərdə iştirakı zamanı uğurla tətbiq ediləcək.